Azərbaycan premyer-liqasının yeni sponsoru kimdir?

azerbaycan-premyer-liqasinin-yeni-sponsoru-kimdir
Oxunma sayı: 653

Lakin çempionatın başlanmasına 3 həftə qalsa da, premyer-liqanın sponsoru məlum deyil.

Son 3 mövsümün maliyyə dəstəkçisi olan “Unibank”la PFL-in müqaviləsi 2012-ci ilin mayında qüvvədən düşüb. O zamandan isə tərəflər arasında yeni sözləşmə imzalanmayıb. Əldə etdiyimiz məlumata görə, PFL “Unibank”dan illik yarım milyon manat tələb edir və bu məbləğ bankı qane etmədiyindən razılıq yaranmır.
Məsələ ilə bağlı PFL prezidenti Ramin Musayevlə əlaqə saxladıq. Ramin bəy problemin artıq yoluna qoyulduğunu söylədi: “Mətbuatda xəbərlər dolaşır ki, güya “Unibank”la anlaşa bilməmişik. Bu, yalan söhbətdi. Onlarla razılığa gəlmişik, sadəcə, müqaviləyə imza atmamışıq. Bu səbəbdən bunu açıqlamırıq. Müqaviləyə imza atmamağımızın da səbəbi var. “Unibank” rəhbərliyi hazırda məzuniyyətdədir. Amma çempionatın startına qədər bu məsələ həll olunacaq”.

R. Musayev müqavilə məbləğini açıqlamasa da, “Unibank”ın istədikləri şərtə razılaşdığını bildirdi: “Konkret məbləğ açıqlamaq istəmirəm. Lakin yarım milyon söhbəti həqiqətəuyğun deyil. Hətta 500 mindən daha artıq məbləğə razılaşmışıq”.

Ceyhun Əhmədov