Azərbaycan Premyer Liqasınına yeni sponsor tapılıb

azerbaycan-premyer-liqasinina-yeni-sponsor-tapilib-
Oxunma sayı: 653

Və müqavilə müddəti uzadılmayıb. Son zamanlar mətbuatda Peşəkar Futbol Liqasının (PFL) bankdan daha çox vəsait istədiyi, tərəflərin bu səbəbdən anlaşa bilmədiyi haqda xəbərlər dolaşırdı.

Lakin PFL-dən “Unibank”la əməkdaşlığa davam edəcəkləri və şərtlərdə anlaşdıqları bildirilirdi. Rəsmi müqavilənin imzalanmamasına səbəb kimi isə məsul şəxslərin məzuniyyətdə olması göstərilirdi. PFL prezidenti Ramin Musayev məsələyə çempionatın startına qədər aydınlıq gələcəyini qeyd etmişdi. Məlum olduğu kimi bu gün çempionat başlasa da, sponsor məsələsi hələ də həllini tapmayıb. Bu məsələyə aydınlıq gətirmək üçün R. Musayevlə əlaqə saxladıq.

PFL rəhbəri “Qafqazinfo”ya açıqlamasında “Unibank”la əməkdaşlıq etməyəcəklərini bildirdi: “Nə qədər istəyirik ki, bu məsələni həll edək, alınmır. Gələn həftənin 2-ci günü problem həll olunacaq. İşin gecikməsinin səbəbi isə maddiyyət deyil. O şəxslər ki, müqaviləyə qol çəkib həlledici sözü deməlidirlər, onlar ölkə xaricindədir. Onlar gəldikdən sonra hər şeyə aydınlıq gələcək. Qarşı tərəflə maddi baxımdan anlaşmışıq. Onu da deyim ki, bu, “Unibank” deyil” .

Ceyhun Əhmədov