Azərbaycan prezidenti Medvedevi təbrik edib

azerbaycan-prezidenti-medvedevi-tebrik-edib
Oxunma sayı: 640

Dövlət başçısı Dmitri Medvedevi ad günü münasibəti ilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulaıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, Rusiya Federasiyası Prezidenti ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, öz növbəsində ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı ilə bağlı fikirlərini çatdırıb.

Prezidentlər Azərbaycan-Rusiya dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

AzərTAc