Azərbaycan prezidentinin qızı Arzu xanım ailə həyatı qurmağa hazırlaşır -Fotosessiya

azerbaycan-prezidentinin-qizi-arzu-xanim-aile-heyati-qurmaga-hazirlasir-fotosessiya-
Oxunma sayı: 1606





Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva ailə həyatı qurmağa hazırlaşır. “Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının qızı Arzu xanım Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin övladı ilə nişanlanıb. Artıq onların birgə fotoları da yayılmağa başlayıb. Arzu xanımın nişanlısı Səməd Qurbanovdur. Onun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var.

Səməd Qurbanovun qohumlarının bir hissəsi Bakıda yaşayır. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, hələ uzun illər əvvəl Bakıdakı Rus kilsəsini də təmir-bərpa etdirib. S. Qurbanovun eyni zamanda dövlət başçısının digər kürəkəni Emin Ağalarovla da möhkəm dostluq əlaqələrinin olduğu bildirilir.

Bir neçə gün əvvəl Səməd bəylə Arzu xanım prezident İlham Əliyev iştirak etdiyi “Kempinski Hotel- Badamdar” kompleksinin açılışına da qatılıblar.

Məlumatlara görə, cütlüyün toy mərasiminin bu ilin payızında baş tutacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın dövlət başçısının digər qızı Leyla Əliyeva da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun gəlinidir.

Allah xoşbəxt eləsin!