Azərbaycan qarşı terror ittihamı

azerbaycan-qarsi-terror-ittihami
Oxunma sayı: 694

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Amerikanın analitik "Foreign Policy” jurnalı “Dağlıq Qarabağ Respublikası: De-fakto müstəqilliyin ilk 20 ili” başlığı ilə dərc olunmuş materialında deyilir. Məqalədə deyilir ki, rəsmi Bakı 1993-cü il BMT Təhlükəsizlik Şurasının dörd müvafiq qətnaməsini sui-istifadə edərək bu münaqişəni ərazi mübahisəsi kimi göstərməyə çalışır. Əslində isə qarşıdurmanın hüququ aspekti xalqların bərabərliyi, azadlıq və öz müqəddəratlarını təyin etmə hüququnun əsas prinsiplərinə qədər uzandığı qeyd edilib.

Məqalədə deyilir ki, Dağlıq Qarabağın sovet hökumətinə yenidən birləşmə ilə bağlı sülh müraciəti və 1991-ci il sülh müqaviləsi insanların öz taleyini təyin etmək və onu idarə etmək üçün hüquqlarından istifadə etmək cəhdinin nümunəsi oldu: “Azərbaycan Dağlıq Qarabağ xalqına əfqan mücahidlərinin dəstəyindən və etnik ermənilərə qarşı vuruşan digər beynəlxalq terror təşkilatlarının dəstəyindən istifadə etməklə cavab verib”.

Məqalədə, Bakının Qarabağı “fəth edə bilmədiyi üçün” atəşkəslə bağlı razılıq əldə etmək üçün xahiş etdiyi və 1994-cü ildə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ (qondarma) ilə belə bir razılığın əldə edildiyi yazılır: “Arsax (Dağlıq Qarabağ) 1991-ci ildə müstəqillik bəyannaməsi imzalandığı andan effektiv demokratik idarəetmə, aktiv vətəndaş cəmiyyəti və inkişaf edən bazar iqtisadiyyatı ilə azad və demokratik dövlət ola bildi”.

Səidə