Azərbaycan Qazaxıstana məğlub oldu

azerbaycan-qazaxistana-meglub-oldu
Oxunma sayı: 696


Qeyd edək ki, Almaniya, Türkiyə, Belçika və Avstriya ilə eyni qrupda yer alan komandamızın rəqibləri arasındakı ən zəifi elə məhz qazaxlardı. Artıq Almaniya (səfərdə 1:6), Avstriya (səfərdə 0:3), Türkiyə (evdə 1:0) və Belçika (1:4) ilə ilk oyununu keçirmiş Berti Foqtsun komandası tsikli məhz bu görüşlə yarılamış oldu. Qazaxıstan isə millimizdən fərqli artıq 5 oyun keçirmdişdi və onların hamısında yenilgiylə üzləşmişdi. Özü də maraqlıdı ki, bu görüşlərdə millimizin rəqibi heç qol da vura bilməmişdi. Millimiz isə ən azı Almaniya və Avstriyaya səfərdə qol vurmasıyla, eyni zamanda doğma meydanda keçirdiyimiz yeganə matçda Türkiyəni məğlub etməsi ilə təsəlli tapa bilirdi. Bu görüşdə qazanılacaq qələbə isə komandamıza tarixi ərzində heç bir tsikldə əldə edə bilmədiyi 6 xala qovuşduracaqdı.

Lakin yığma bəslədiyimiz ümidləri doğrultmadı. Qqrupumuzun autsayderi həm qol, həm də xal hesabını elə millimizlə oyunda açmaqla Azərbaycan futbolunun inkişaf etdiyinə dair boş-boş söhbətlərin nə dərəcədə əsassız olduğunu bir daha isbatlamış oldu.

AÇ-2012-nin seçmə oyunu
A qrupu
3 iyun

QAZAXISTAN - AZƏRBAYCAN - 2:1 (0:0)
Qol: S.Qridin, 56 (1:0), V.Nadirov, 63 (1:1), S,Qridin, 68 (2:1).
Hakimlər: Euan Norris, Ceyms Bi, Alasdair Ross, Alan Muir.
Astana. “Astana Arena” stadionu.

QAZAXISTAN: 12. Roman Nesterenko, 3. Yuri Loqvinenko, 4. Muxtar Muxtarov, 8. Samat Smakov, 10. Marat Xayrullin, 7. Kazbek Qeteriyev, 6. Kayrat Nurdauletov (k), 11. Ulan Konısbayev, 9. Heynrix Şmitqal, 17. Sergey Qridin, 20. Sergey Ostapenko.
Ehtiyat oyunçular: 1. Andrey Sidelnikov, 2. Aleksandr Kirov, 13. Serxan Mujikov, 15. Jambıl Kukeyev, 16. Maksat Bayjanov, 19. Sergey Xijniçenko, 21. Mixail Rojkov.
Baş məşqçi: Miroslav Beranek.

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov (k), 21. Vladimir Levin, 16. Cavid Hüseynov, 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 22. Əfran İsmayılov, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 4. Ruslan Əmircanov, 8. Aleksandr Çertoqanov, 9. Murad Hüseynov, 13. Vurğun Hüseynov, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev.
Baş məşqçi: Berti Foqts.

Yuxarıdakı heyətdən də göründüyü kimi, baş məşqçi Berti Foqts millimizin gözlənilən start heyətində bəzi dəyişikliklər edib. O, Elnur Allahverdiyevi heç 18-liyə də daxil etmədiyi halda, müdafiənin cinahlarını Raillə Maksimə həvalə edib. Aleksandr Çertoqanovu ehtiyatda saxlayan alman onun da əvəzində Cavid Hüseynova ilk dəqiqələrdən oynamaq imkanı verib. Vüqar Nadirovun ilk dəqiqələrdən oynaması gözlənilsə də, onu Vaqif Cavadov əvəzləyib.

Komandalar meydana çıxdı və hazırda hər iki ölkənin dövlət himnləri səslənir
Oyun başladı. Yığm komandamıza uğurlar arzulayırıq!
2. Hər iki komanda ilk dəqiqələrdən çoxlu top itkilərinə yol verir
4. Ə.İsmayılov sağ cinahla əla sürət yığıb 2 futbolçunu geridə qoysa da, son anda qapı qarşısına asmasını rəqib oyunçu kornerə çıxarır
5. Künc zərbəmiz faydasız qalır
6. Sergey Qridinə qarşı R.Sadıqov təhlükəli nöqtədə kobudluq etdiyi üçün cərimə zərbəsi təyin olunur
6. S.Smakovun cərimə zərbəsi qapıdan aralı keçir
7. R.Əliyevə qarşı kobud oyun. Futbolçumuz zədələnir
8. R.Sadıqovun cərimə zərbəsindən qapı qarşısına göndərdiyi topu rəqib müdafiəçilər geri qaytarır
10. R.Əliyev həkimlərin müdaxiləsindən sonra meydana dönür
11. Hələlik meydan sahibləri daha sürətli hücumlar təşkil edir
12. K.Ağayev topu oyuna daxil edərkən büdrəyir və top rəqib oyunçuya düşür. Lakin son anda hər şey komandamız üçün yaxşı qurtarır
13. Xayrullin hesabı açmağa yaxın olsa da, Levinə toxunan top kornerə çıxır
14. Qazaxların da ilk künc zərbəsi bəhrəsiz qalır
14. Komandamızın üzvləri həmişəki kimi yenə həyəcanlı görünürlər və kobud səhvlər buraxırlar
16. Müdafiə xəttimiz heç də özünə bənzəmir. Qazaxların daha bir təhlükəli əks-hücumu son anda bizim üçün yaxşı sonluqla bitir
19. Qazaxlar hücuma keçərkən müdafiəçilərimizə qarşı kobudluq edirlər
23. Komandamız bir qədər özünə gəlib və hücumlar qurmağa çalışır
24. M.Muxtarov R.Əliyevə qarşı qaydanı kobud şəkildə pozsa da, hakim onu sarı vərəqə ilə cəzalandırmır
25. Komandamızın qapısı qarşısında yüz faizlik qol şansı: S.Qridin sol cinahdan Qeteriyevin qapı qarşısına iti ötürməsini bir toxunuşla tora qovuşdurmaq istəsə də, azacıq dəqiqlik çatışmır
26. Meydan sahiblərinin daha bir hücumu künc zərbəsiylə nəticələnir.
27. Qridinin künc zərbəsindən sonra başla fərqlənmək istəyi alınmır
28. Komandamız Railin sol cinahla gözəl reydindən sonra əla hücum təşkil etsə də, son anda müdafiəçilər topu kornerə çıxarırlar
29. Künc zərbəsi təhlükəli alınsa da, son anda qazaxların bəxti gətirir
30. R.Əliyev inanılmaz epizodu dəyərləndirə bilmir. O, rəqib müdafiəçilərin kobud səhvindən sonra qapıçı ilə üz-üzə qalsa da, 7-8 metrlikdən çərçivəni dəqiq nişan ala bilmir
32. Komandamızın daha bir düşünülmüş hücumu yaxşı alınsa da, məntiqi sonluğu gətirən olmur
40. Yığmamızın üzvləri artıq daha çox topa nəzarət edən tərəfdi və hücumlar qurmağa çalışır
42. İlk yarının sonlarında qazaxlar yenidən fəallığı artırıblar
43. Sol cinahdan Şmitqalın qapı qarşısına təhlükəli asmalarından daha biri... Son anda komandamızın üzvləri topu uzaqlaşdıra bilirlər
45. İlk yarının əsas vaxtına 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Xayrullinin yerinə yetirdiyi cərimə zərbəsi zamanı müdafiəçilərimiz topu kornerə çıxarırlar
49. Qazaxların bu künc zərbəsi də bəhrəsiz qalır
52. Müdafiəçilərimizin kobud səhvi nəticəsinə U.Konısbayev hesabı açmağa yaxın olsa da, nə öz zərbəsi dəqiq olur, nə də Qripin təkrar zərbəyə çata bilir
54. İlk yarıda Şmitqal müdafiəçilərimizə çətin anlar yaşadırdısa, ikinci hissədə də U.Konısbayev R.Məlikovla mübarizələrdən tez-tez qalib ayrılır və qapımız qarşısında təhlükəli vəziyyətlər yaradır
55. R.Sadıqovun zərbəsi qapıdan yan keçir
56. Sol cinahdan qapı qarşısına ötürmə zamanı Qridin hesabı açır - 1:0
59. Qridinin qapıya daha bir zərbəsi qapıdan yan keçir
61. Foqts demək olar ki, heç nə ilə yadda qalmayan C.Hüseynovu V.Nadirovla əvəzləyir
63. QOOOOOOOOOOOOOOOOOL. Vüqar meydana çıxan kimi millimizi məğlubiyyətdən qurtaran qola imza atır - 1:1
O, Əfranın sağ cinahdan ötürməsini qəbul edib, qapıçını da aldadaraq, soyuqqanlılıqla tora qovuşdurur
64. Nadirovun sol cinahdan qapı qarşısına asmasını məntiqi sonluqla btirən tapılmır
65. Qazaxların heyətində Loqvinenkonu Mixail Rojkov əvəzləyir
66. Qridinin təhlükəli zərbəsində azacıq dəqiqlik çatışmır
68. R.Sadiqovun topu itirməsindən sonra əks-hücum quran qazaxlar yenə Qridinin qoluyla önə keçirlər - 2:1
70. Ostapenkonun üçüncü qolu vurmasına son anda Levin mane olur
75. Qeteriyevin uzaqdan zərbəsi qapıdan aralı keçir
77. Oyunda ilk sarı vərəqə Əfranı kobudluqla dayandıran Şmitqala qismət olur
78. R.Abışovun yerinə yetirdiyi cərimə zərbəsi dəqiq olmur
78. Ostapenkonun əvəzində meydana Sergey Xijniçenko daxil olur
79. R.Əliyevin əvəzində meydana Murad Hüseynov daxil olur
80. Murad da meydana çıxan kimi fərqlənə bilərdi. Lakin onun qapıya zərbəsini son anda müdafiəçi qapı xəttindən çıxarır
82. M.Xayrullinin əvəzində meydana Aleksandr Kirov daxil olur
84. Nadirovun sol cinahdan asmasından sonra Əfran qol vurmağa yaxın olsa da, son anda zərbəsi qapının üstündən keçir
88. Qridinin üçüncü qolu vurmaq istəyinə Kamran mane olur
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Komandamız məğlub durumda olsa da, demək olar ki, qol vurmaq üçün heç nə etmir
Oyun başa çatdı