Azərbaycan “Qəbələ”nin qiymətini qaldırdı – 15 milyon

azerbaycan-qebelenin-qiymetini-qaldirdi-15-milyon
Oxunma sayı: 708

“Qafqazinfo”nun “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, icarə haqqının qaldırılması məsələsi Serdyukovla Azərbaycanın müdafiə naziri Səfər Əbiyev arasındakı görüşdə də müzakirə ediləcək. Hazırda stansiyanın icarə haqqı üçün Rusiya ildə 7 milyon dollar ödəyir. Elektrik enerjisinin verilməsi 5 milyon, 10 milyon isə müxtəlif kommunal ödənişlərə xərclənir.

Məlumatlara görə isə rəsmi Bakı hazırda icarə üçün illik 15 milyon dolar tələb edir ki, bu da Rusiyanı qane etmir. Serdyukovun sözlərinə görə, Müdafiə Nazirliyi, XİN-i və Sənaye və Ticarət nazirliklərinin nümayəndələrindən təşkil olunacaq işçi komissiyası yaxın günlərdə Bakıya gələcək.

Qeyd edək ki, stansiyanın icarə müddəti 2012-ci ildə bitsə də, Rusiya bu müddəti 2025-ci ilə qədər uzatmaq niyyətindədir.

Səidə