Azərbaycan seçim qarşısında: - Fransa yoxsa Türkiyə?

azerbaycan-secim-qarsisinda-fransa-yoxsa-turkiye-
Oxunma sayı: 685

Bu bəyanat Türkiyəni qane edirmi? Əlbəttə, yox. Bu sözlərdən ibarət pafoslu cümlələrdir və arxasında konkret addımlar gözlənən heç nəyi özündə ehtifa etmir. Məlumdur ki, Azərbaycan Fransa ilə münasibətləri pozmaq istəmir. Amma, əvəzində Türkiyə ilə münasibətlər soyuqlaşacaq. Seçim Azərbaycanındır: Ya Fransa, ya da Türkiyə!

Əslində, Azərbaycan üçün çətin bir məsələ yoxdur. Türkiyənin atdığı addımların təkrarını Azərbaycanda etmək. Qardaş ölkənin də gözləntisi budur.
Türkiyə ilə bərabər siyasət nəyi vəd edir?
Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllində Türkiyənin hərtərəfli, hətta açıq hərbi köməyinə ümid edə bilər.
Türkiyə Böyük Millət Məclisi Xocalı Soyqırımını tanıya bilər.
Fransa ilə münasibətləri korlamaq nəyi vəd edir?
Avropa İttifaqının Azərbaycanda insan hüquq və azadlıqlarına, demokratik inkişaf məsələlərinə daha sərt mövqe sərgiləməsinə, Avropa qəzetlərində Azərbaycan iqtidarının sərt tənqidi məqalələrin yer almasına imkan yaradar.
Fransa Dağlıq Qarabağ münaqişəsinə münasibətdə açıq-aşkar Ermənistanı müdafiə edə bilər. Minks Qrupunun işini əngəlləyə bilər.

Nəticə nədir?

Belə bir nəticəyə gəlirəm ki, hələ ki, Azərbaycanın birmənalı Türkiyəni seçməsi gözlənilmir. Amma, deyəsən, Türkiyə seçimində ləngiməyəcək. Onlar qlobal məsələlərdə Azərbaycanın dəstəyinə ümid bəsləməkdən vaz keçməli oalcaqlar. Türkiyə mətbuatı Azərbaycanı tənqid atəşinə tutacaq.

Türkiyədə Azərbaycan iqtidarına münasibət də dəyişəcək. Çünki, Türkiyənin bundan da çətin bir duruma düşməsi mümkün deyil. Azərbaycan seçimini düzgün etməli idi. Qanun qəbul olunana qədər. Bəlkə hələ də gec deyil.

Lakin, bu o demək deyil ki, Azərbaycan Fransa ilə qaşıq-qaşığa qoymalı idi. Fransa da Azərbaycan üçün strateji ölkədir və Fransa ilə dostluq etmək xeyrimizədir. Əlbəttə, Azərbaycan Fransaya qarşı bir sıra iqtisadi addımlar ata bilərdi.

Nələr etmək olar?

Populyar teleaparıcı İlkin Həsəni bu gün maraqlı bir tvit edib: “Təklif: Türkiyə də analoji bir addım atsın! Soyqırımın həqiqətən də olduğunu qəbul edənləri cərimə + ölkədən DEPORT etsinlər!”. Onun bu fikrini inkişaf etdirmək istəyirəm. Fransa Senatı “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsi qəbul edib.

Türkiyə və Azərbaycan isə “Qanunla tanınmamış soyqırımların mövcudluğunun qəbul edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsi qəbul etsin və Fransa Senatının qəbul etdiyi qanunun nəzərdə tutduğu maddələrə bərabər cəzalar müəyyən etsin.
Digər yandan, Türkiyə Azərbaycandan gözlədiyi adekvat addımları almasa da, mütləq şəkildə Xocalı soyqırımını tanınmasını müzakirəyə çıxarmalıdır.

Azərbaycan parlamenti özü də Xocalı Soyqırımını qanun halına salmalı və hüquqi qiymət verməlidir. Özümüzün tanımadığımız soyqırımı digərlərinin tanımasını ummaq absurd deyilmi?
Avropalılardan fərqimiz
Türkiyə Fransanı 1945-vi ildə 40 000 əlcəzairlinin qətliamında ittiham edir və onu tanıyacağı ilə hədələyir. Lakin, Fransa bundan çəkinmir. O, Əlcəzairdə insanları öldürdüyünü boynuna alır və Fransanın müstəmləkələrində etdiyi hərəkətlərdən peşmançılıq çəkdiyini dilə gətirir.

Türkiyə və Azərbaycan hər bir məsələni şişirtməyi çox sevirlər. Hər kiçik bir məsələdən narahatlıqlarını elə qələmə verirlər ki, az qala 9 bal gücündə zəlzələ olub. Bəzən məsələləri şişirdərək onu çərçivəsindən də çıxarırlar. Nəticədə, atdığımız narahatlıq bumeranqı özümüzə qayıdır.
Nə böyük iş olub!? Fransa Senatı qanun qəbul edib. Sən də onun əvəzində 3 qanun qəbul elə, məsələ bitsin!