“Azərbaycan səfirini geri çağırsın!” – Təklif

azerbaycan-sefirini-geri-cagirsin-teklif
Oxunma sayı: 650

Partiya sədrinin müavini Ramil Hüseynov “Qafqazinfo”ya açıqlamasında deyib ki, Fransa parlamentinin ölkə daxilindən və kənardan gələn bütün təpkilərə baxmayaraq, həmin layihəni təsdiqləməsi rəsmi Parisin xarici siyasətdə bütün hesabları itirməsi kimi qiymətləndirilməlidir: “Bu, əlbəttə ki, hiddət doğurur. Artıq həmin layihə Fransa Senatında təsdiqlənib və prezident Sarkozinin imzalamasından sonra qüvvəyə minəcək. Bu məsələ hələ müzakirəyə çıxarılmazdan əvvəl Azərbaycan və Türkiyə rəsmi səviyyədə və ictimai, siyasi təşkilatlar səviyyəsində Fransanı bu addımı atmaqdan çəkinməyə çağırsa da, bunu nəticəsi olmadı. Əsas məsələ bundan sonra Fransaya münasibətdə hansı cavab addımlarının atılması və onların necə müəyyənləşdirilməsidir. Vətəndaş və İnkişaf Partiyası (VİP) olaraq bu məsələyə dair mövqeyimizi bir müddət əvvəl bəyanat formasında bildirmişdik. VİP-in həmin bəyanatında qondrma “soyqırımı” layihəsinin Fransa parlamentində təsdiqlənəcəyi halda, Azərbaycan hökumətinin atmalı olduğu addımları qeyd etmişdik. Həmin bəndləri bir daha diqqətə çatdırır və Azərbaycan hökumətini ən qısa müddətdə bu istiqamətdə hərəkətə keçməyə çağırırıq.

1. Qondarma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutulan qanun layihəsinin Fransa Senatında təsdiq olunması ilə bağlı rəsmi Parisdən izahat tələb edilsin.

2. Fransa Senatının məlum layihəni təsdiqləməsindən sonra Türkiyə ilə birgə fəaliyyətin təmin olunması istiqamətində təcili məsləhətləşmələrə başlanılsın.

3. İşğalçı Ermənistanı stimullaşdıran Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmasına dair rəsmi Bakının mövqeyi ifadə edilsin.

4. Azərbaycanın Fransadakı səfiri məsləhətləşmək üçün geri çağırılsın və Fransa ilə diplomatik, iqtisadi-ticari münasibətlərə ləngimədən yenidən baxılsın”.