Azərbaycan şou-biznesində eşşək söhbəti

azerbaycan-sou-biznesinde-essek-sohbeti
Oxunma sayı: 2942

Stilist Samir Əliyev əməkdar artist Elza Seyidcahan barədə olduqca maraqlı ifadələr səsləndirib. Stilist Elza xanımı “uzunqulaq dəbi”nin sahibi adlandırıb. Samir iddia edir ki, bunu yalnız Elza Seyidcahan bacarardı. Ancaq Samirin cavabı da özünü çox gözlətməyib. Elza Seyidcahan stilistə kəskin şəkildə cavab verib: “Mənim gözlərim uzunqulağın gözlərinə bənzəyir. Samirin isə özü. Onda o dəbin gözləri mənimki, qalan hissələri isə Samirinki olsun. O, hərdən yaşıl şalvar geyinir. Ayaqqabıları da qeyri-adidir, karikatura formasındadır. Mən gözlərimin oxşadığı üçün onları verə bilərəm. Ancaq Samir büsbütün uzunqulağa bənzəyir.
Ancaq istəmirəm Samir məndən incisin. Çünki mən onun xətrini çox istəyirəm və bilirəm ki, o da məni çox istəyir. Gözlər mənim, qalan hissələr onun və biz həqiqətən də bacararıq”.
Müğənni açıqlamasında uzunqulaqlar barədə olduqca məlumatlı olduğunu dilə gətirib: “Türkiyədə yazıçı Polad Əli uzunqulaq haqda kitab yazıb - “Əzab yüklü eşşək və biz”. Samirə deyin o kitabı oxusun və o biləcək ki, eşşək necə ağıllı və zəhmətkeşdir. Onların nəsli kəsilmək üzrədir. Biz isə bunun qarşısını ala bilmirik. O heyvan cəmiyyətə xeyir verdiyi və insanların zəhmətini çəkdiyi halda, ondan söyüş və təhqir olaraq istifadə edirlər. Amma o insanlara pislik eləmir, onları yemir. Hətta bəxti bağlı qızlar onun üstündə oturan zaman onların bəxti açılır. O, təhlükə hiss edəndə getmir. Eşşək palçığa belə bir dəfə batır. Xaricdə isə bir qadın var, çoxlu eşşək saxlayır və hər dəfə açıqlamasında deyir ki, “Mən dünya eşşəklərinin anasıyam”.

SİA