Azərbaycan Tibbi İnformasiya Portalı - AzTibb.com

azerbaycan-tibbi-informasiya-portali-aztibbcom
Oxunma sayı: 1006

“Heç kəs xəstələnməkdən, xəstəlikdən sığortalanmayıb. Amma insanların güvənə biləcəkləri, öz dərdlərini bölüşəcəkləri, kömək umacaqları insanlar çox azdır. Vardırsa da, o maddi qarşılıq əsasındadır. Biz bu saytda bir neçə perspektivli gənc həkilmləri bir yerə toplayıb, sizlərə sözün əsl mənasında faydalı olmağa çalışacağıq. Bu saytda siz tibbin istənilən bölməsi üzrə xəstəliklər haqqında məlumatlar, dəyərli məsləhətlər alacaq, həkimələrə anonim və ya öz adınızla sual vermək və vaxtında cavab almaq imkanınız olacaq. Eyni zamanda hər hansı bir xəstəlik üzrə hara, hansı həkimə müraciət etmək haqqında qərəzsiz informasiyalar alacaqsınız. Bundan başqa saytda kosmetologiyaya aid, arıqlama, kökəlməyə dair reseptlər olacaq. Saytımızın maraqlı rubrikalarından birinin də “Həkim məsləhəti” olacağına əminik. AzTibb.com saytı həmçinin sizə dünyada olan ən son tibbi yenilikləri də öz doğma dilimizdə çatdırmağı öz üzərinə götürür. Tez bir zamanda istənilən dərman haqqında da Azərbaycan dilində məlumatlar yerləşdirəcəyik. Buyurun, izləyin, faydalanın” .