Azərbaycan torpaqlarının haqsız işğalına son qoyulmalıdır-Mövqe

azerbaycan-torpaqlarinin-haqsiz-isgalina-son-qoyulmalidir-movqe
Oxunma sayı: 662

Bunu cümə axşamı BMT-nin Baş Assambleyasında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Trend-in Haber7 xəbərlər portalına istinadən verdiyi məlumata görə, "Dağlıq Qarabağ məsələsinin bu şəkildə həll olunmadan qalması qəbulolunmazdır", - deyə Ərdoğan bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.