Azərbaycan Turizm İnstitutu haqqında şok faktlar

azerbaycan-turizm-institutu-haqqinda-sok-faktlar-
Oxunma sayı: 715

“ATİeconomy”-dən “Qafqazinfo”ya göndərilən məktubda qeyd olunur ki, Azərbaycan Turizm İnstitututnda problemlərlə bağlı 300-dən çox tələbənin ATİeconomy sosial şəbəkə qrupunda apardığı müzakirələrin şok nəticələri üzə çıxıb. Məlum olub ki, institutun tələbələrindən təqribən 40 % - təhsilihni bitirərkən diplom ala bilməyib: “Belə ki, ATİ-də tədris prosesinin qeyri-kafi təşkili nəticəsində 2010-cu il buraxılışında 150 tələbədən 70 tələbə, bu il də həmçinn 60-dan çox tələbə diplom ala bilməyib. Belə nəticə alınır ki, tələbə 4 il ərzində təhsil almaq üçün pul ödəyir, lakin tələb olunan səviyyədə bilik verilmir, axırda da tələbə Diplom ala bilmir. Hazırda təqribən 1250 əyani, 350 qiyabi, cəmi 1600 tələbəsi olan Turizm İnstitutunda 7000 – dən çox kəsir var. Yəni orta hesabla hər tələbənin 4-5 kəsiri var. Bunun səbəbini tələbələrin tam çoxluğu özlərinin dərslərə məsuliyyətsiz yanaşmaları, qabiliyyətsiz olmaqla bilik alma poternsiallarının olmaması ilə əlaqələndirmirlər. ATİ-də yaranmış neqativ vəziyyətin başlıca səbəbinin keçirilən fənnlərin keyfiyyətsiz tədrisi ilə bağlı olması müəyyən edilib”.

Müraciətdə daha sonra vəziyyətdən çıxış yolları da göstərilib.