Azərbaycan uşaqları üçün erməni saytı

azerbaycan-usaqlari-ucun-ermeni-sayti
Oxunma sayı: 643

“Qafqazinfo”nun Ermənistan saytlarına istinadən verdiyi xəbərə görə, yeni portal “Uşaqlarımızın gələcəyini qoruyaq” layihəsi çərçivəsində yaradılıb. Saytın yaradılmasında məqsəd “nifrətin təbliğatı ilə, aqressiv ksenofobiya, həmçinin uşaqların nifrət və aqressiv ksenofobiya ruhunda tərbiyəsinə yönəlmiş Azərbaycanın sistemli, şüurlu və məqsədyönlü siyasəti” nə qarşı mübarizədir.

Qeyd edək ki, saytda Azərbaycan publisistlərinin və yazarlarının ermənilərlə bağlı yazıları, ermənilərin adlarının hallandığı nağıllar, ləzgi, kürd, erməni, tat və digər xalqların nümayəndələri ilə bağlı atalar sözləri və məsəllər, Azərbaycanda uşaq cinayətləri və təcavüzlərini əks etdirən kriminal xəbərlər və sair bölmələr yer alıb. Sayt birbaşa olaraq azərbaycanlıları qəddar, təcavüzkar və qeyri-tolerant göstərməyə yönəlib.
Səidə