Azərbaycan və Gürcüstanın gözü UEFA-da

azerbaycan-ve-gurcustanin-gozu-uefa-da
Oxunma sayı: 674

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə cümə günü gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, digər namizədlərin Türkiyə, Şotlandiya, Uels, İrlandiya, həmçinin Bolqarıstan, Rumuniya olması gözlənilir.
"Bakı-nın 2020-ci il Olimpiya Oyunları üçün iddiaçı şəhər kimi təcrübəsi onu göstərdi ki, Azərbaycan daha çox kompleks idman yarışları keçirməlidir. Beynəlxalq Olimpia Komitəsinin Bakıda 2020-ci ildə Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı əsas iradları təcrübənin olmaması və Olimpiya standartlı komplekslərin azlığı ilə əlaqədar olub. Bu səbəbdən, Azərbaycan 2015-ci ildə ilk dəfə Avropa Olimpia Oyunlarını, 2016-cı ildə şahmat olimpiadasını, 2017-ci ildə İslam oyunlarının keçirilməsini planlaşdırır", - Rəhimov deyib.