Azərbaycan və İran arasında informasiya siyasəti müzakirə olunacaq

azerbaycan-ve-iran-arasinda-informasiya-siyaseti-muzakire-olunacaq
Oxunma sayı: 686

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti dekabrın 2-dən 5-dək İranda səfərdə olacaq.

Əli Həsənov bildirib ki, səfər İranın müvafiq strukturlarının dəvəti ilə həyata keçirilir.

“Səfər çərçivəsində İranın televiziya, mətbuat, xarici informasiya siyasəti ilə məşğul olan bütün qurumlarının rəhbərləri ilə görüşəcəyik. Burada əsas məqsəd iki ölkə arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyəti və qarşılıqlı ictimai-siyasi əhəmiyyət kəsb edən digər daxili məsələləri müzakirə etmək və gələcək əməkdaşlıqla bağlı müəyyən tövsiyələrimizi verməkdir”, - Əli Həsənov əlavə edib.