“Azərbaycan və Türkiyənin milli maraqları üst-üstə düşür”- Mövqe

azerbaycan-ve-turkiyenin-milli-maraqlari-ust-uste-dusur-movqe
Oxunma sayı: 744

Bu sözləri “Qafqazinfo”ya müstəqil analitik Aygün Əsgərzadə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin səfərini şərh edərkən bildirib.

“Bu gün iki dövlət arasında inkişaf edən ikitərəfli və çoxtərəfli münasibətlər təkcə ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionunda deyil, eyni zamanda Mərkəzi Asiya və Qara Dəniz bölgəsi regionlarında da sülh və sabitliyin bərqərar olumasında müstəsna rola malikdir. Azərbaycan və Türkiyə əlaqələrinin möhkəmlənməsində və daha da inkişaf etməsində iki dövlətin müxtəlif sahələrdə, o cümlədən də təhlükəsizlik sahəsində milli maraqlarının üst-üstə düşməsi mühüm rol oynayır”,-deyə analitik qeyd edib.

Analitik bir faktı əlavə edib ki, bu gün Türkiyə Qafqazın fəal geosiyasi oyunçularından biri olaraq qalmaqdadır və Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bildirib.

“Hec şübhəsiz Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana bu səfəri və keçirilən görüşlər ölkələrimiz arasında mövcud ikitərəfli hərbi əməkdaşlıq əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir”,-deyə Aygün Əsgərzadə vurğulayıb.


Elnur Eltürk