“Azərbaycan vətəndaşının şəxsi xoşbəxtliyi də...”

azerbaycan-vetendasinin-sexsi-xosbextliyi-de
Oxunma sayı: 631

“Dəyərli yurddaşlarım! Dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibəti ilə hamınızı təbrik edir, Sizə uğurlar və xoşbəxtlik arzulayıram. Ayların sultanı hesab edilən Ramazan ayında, hər cür çətinliklərə sinə gərən inanclı insanlar oruc tutur və niyyətlərinin gerçəkləşməsi üçün Allaha dua edirlər. Bu gün xalqımızın əsas niyyəti, məramı ölkəmizdə azad, firavan və demokratik bir cəmiyyətin qurulmasıdır. Belə bir cəmiyyətin qurulması torpaqlarımızın işğaldan azad olunmasını sürətləndirər, doğma yurdlarını tərk etmiş məcburi köçkünlərin öz ocaqlarına qayıtmasını reallaşdırar. Hər bir Azərbaycan vətəndaşının şəxsi xoşbəxtliyi də məhz bu ictimai problemlərin həllinə bağlıdır. Ona görə də Ramazan günlərində etdiyimiz dualar eyni zamanda ölkəmizin xoş və firavan sabahı naminədir. Əminəm ki, bu dualar Allahın dərgahında qəbul olunacaq və xalqımız öz layiqli gələcəyinə sahib çıxacaq.

Bir daha hamınızı təbrik edir və Sizə xoşbəxtlik və səadət arzulayıram”./musavat.com/