Azərbaycan XİN-ni də təyyarə açıqlaması verdi

azerbaycan-xin-ni-de-teyyare-aciqlamasi-verdi-
Oxunma sayı: 640

“Taliban” hərəkatı isə İl-76 təyyarəsinin Əfqanıstanda amerikalı hərbiçilərə silah daşıdığı üçün vurduğunu açıqlayıb. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov “Qafqazinfo”ya açıqlamasında deyib ki, hazırda Əfqanıstan dövləti qəzaya uğrayan təyyarə ilə bağlı lazımı tədqiqat aparır. O, Əfqanıstanın rəsmi açıqlamasından sonra məsələyə münasibət bildirməyin mümkünlüyünü söyləyib: “Taliban özü üçün internet üzərindən məlumat yayır. Hazırda Əfqanıstan və Azərbaycanın Pakistandakı səfirliyi məsələ ilə bağlı məşğul olur”.

O, tədqiqat üçün lazım gələrsə Azərbaycanın da dəstək verəcəyini bildirib.


Nərgiz Ehlamqızı