Azərbaycana 1600 jurnalist gəlir

azerbaycana-1600-jurnalist-gelir
Oxunma sayı: 682

“Artıq mətbuat mərkəzinin tikintisinə başlanıb və bu məkan indiyə kimi olan mətbuat mərkəzlərindən fərqlənəcək. İnanıram ki, mərkəzdə bütün jurnalistlərin öz işlərini mükəmməl şəkildə görməsi üçün hər bir şərait olacaq. Biz buna çalışırıq”.

Müsabiqənin təşkilatı məsələlər üzrə rəhbəri Sietse Bakker bildirib ki, bu il müsabiqəni işıqlandırmaq üçün 43 iştirakçı ölkədən 1600 jurnalist akkreditə olunacaq. Şounu Amerika, Cənubi Afrika, Yaxın Şərq, Avstraliya mediası da canlı işıqlandırmaq imkanı qazanacaq: “Bu zamana kimi Azərbaycana eyni anda bu qədər jurnalist gəlməyib. Bu hal Azərbaycan üçün çox müsbət durumdur və inanıram ki, Bakı hər kəsin xoşuna gələcək”.