Azərbaycana 3 qol vuran futbolçu özünü asdı

azerbaycana-3-qol-vuran-futbolcu-ozunu-asdi
Oxunma sayı: 659

Bununla bağlı məlumatı Uels Futbol Assosiasiyası yayıb. Hələlik Q.Spidin ölümü ilə bağlı rəsmi məlumat yayılmasa da, onun öz evində asılmış vəziyyətdə tapıldığı bildirilir. «Biz mərhumun ailəsinə başsağlığı veririk və belə həssas məqamda hamıdan onun şəxsi həyatına hörmətlə yanaşmağı xahiş edirik», - deyə UFF-in məlumatında vurğulanır.

Xatırladaq ki, 41 yaşlı Qari Spid futbolçu kimi İngiltərənin «Lids», «Everton», «Nyukasl», «Bolton», «Şeffild Yunayted» klublarında çıxış edib. 1990-2004-cü illərdə Uels millisində 85 oyunda meydana çıxıb və 7 qol vurub. 2010-cu ildə «Şeffild Yunayted»də baş məşqçi işləyib. Bu ilin fevralında isə Uels millisinə baş məşqçi təyin edilmişdi.

Qeyd edək ki, Spid millidəki 7 qoldan 3-nü Azərbaycan yığmasının qapısına vurub. O, Avro-2004-ün seçmə mərhələsi çərçivəsində 2002-ci ildə Bakıda keçirilən Azərbaycan - Uels (0:2), 2003-cü ilin martında Kardiffdə oynanılan DÇ-2006-nın seçmə mərhələsinin Uels - Azərbaycan (4:0) və həmin mərhələ çərçivəsində 2004-cü ildə Bakıda keçirilən Azərbaycan - Uels (1:1) matçında qol müəllifi olub. Bu göstəricilərlə Spid Azərbaycan millisinə ən çox qol vuran futbolçulardan biri idi.

qol.az