Azərbaycana 6 təkərli zirehli “Hammer” gətirildi – Fotolar

azerbaycana-6-tekerli-zirehli-hammer-getirildi-fotolar-
Oxunma sayı: 1420

Həmin “Hammer”in qeyri-adiliyi uzunluğunda və 6 təkərinin olmasındadır.

Nadir rast gəlinən avtomobilin qiymətli olduğu bildirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu avtomobili Azərbaycana Bakıda çox məşhur olan ziyarətgahlardan birinin rəhbərinin oğlu gətirib və maşın ona məxsusdur. Bu zirehli avtomobilin dövlət nömrə nişanı da 90 HA 008-dir. Maşının qiymətinin olduqca baha olduğu, yüz minlərlə ölçüldüyü bildirilir. Maşının konkret kimə məxsus olması, hansı ziyarətgah rəhbərinin oğlunun olmasını bilsək də, kiçik dəqiqləşmələrə ehtiyac olduğu üçün həmin şəxslərin adlarını yazmırıq.

Qeyd edək ki, indiyədək imkanlı şəxslərin və məmur övladlarının Azərbaycana bahalı avtomobil gətirməkləri ilə bağlı mətbuatda çoxlu yazılar dərc olunub. Həmin materiallarda vurğulanıb ki, əksər hallarda ölkəyə belə avtomobillərin gətirilməsinə icazə verilməyib. Maraqlıdır ki, bu 6 təkərli olduqca böyük və bahalı “Hammer” ölkə ərazisinə necə daxil olub ki, onu görməyiblər?