“Azərbaycana yaxılmağa çalışan ləkəni aradan qaldırıblar”

azerbaycana-yaxilmaga-calisan-lekeni-aradan-qaldiriblar-
Oxunma sayı: 677

Beynəlxalq qurumun xüsusi təhqiqat komitəsi bununla bağlı araşdırmanı yekunlaşdırıb. Qeyd edək ki, bu ilin sentyabrında “BBC Newsnight” proqramında Azərbaycanın Ümumdünya Boks Seriyasına (WSB) gizli olaraq milyonlarla dollar ödənməsi ilə bağlı məlumat verilib. Gizli mənbələrə istinadən yayılan məlumatda bildirilirdi ki, WSB rəhbəri pulun Azərbaycan boksçularının “London-2012”-də 2 qızıl medal qazanmasına zəmanət olaraq verildiyini iddia edib. Məsələ ilə əlaqədar AİBA 5 nəfərdən ibarət xüsusi qrup yaradıb. Qrup televiziya verilişində səslənən faktların araşdırılması ilə məşğul olub. Araşdırma nəticəsində aydınlaşıb ki, söhbət fərdi sahibkar Həmid Həmidovun Amerika boksuna qoyduğu təmiz kommersiya investisiyalarından gedir.

Nəticədə Azərbaycana qarşı ittihamlar ciddi sübutlara söykənmədiyi üçün əsassız sayılıb. AİBA-nın mütəxəssislərinin ortaya qoyduqları araşdırmalarla bağlı Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev bildirdi ki, o bir müddət əvvəl məsələ gündəmə gələndə öz fikirlərini mətbuata bildirib: “Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğı. Beynəlxalq yarışların Azərbaycanda keçirilməsi istiqamətində federasiyaların əzimkarlığı, bir çox istəməyən qüvvələri narahat etməyə bilməzdi. Ona görə də məhz bu qüvvələr beynəlxalq nüfuza malik bir televiziyadan istifadə edərək Azərbaycana və onun idmanına qarşı böhtan dolu məlumatları yaya bildilər. Amma onlar həqiqətin üzə çıxacağını düşünmədilər. AİBA-nın bu gün ortaya qoyduğu mövqe onu deməyə əsas verir ki, Azərbaycan Boks Federasiyası və Azərbaycan boks hər zaman öz gücünə və peşəkarlığına güvənərək beynəlxalq yarışlarda yüksək yerləri əldə edib. Ona görə də, AİBA-nın mütəxəssisləri həqiqət nədirsə, onu aşkar ediblər və Azərbaycan boksuna yaxılmağa çalışan ləkəni aradan qaldırıblar”.