Azərbaycanda 11 yaşlı uşaq özünü elektrik naqilindən asaraq intihar etdi

azerbaycanda-11-yasli-usaq-ozunu-elektrik-naqilinden-asaraq-intihar-etdi-
Oxunma sayı: 759





Bakının Xəzər rayonunda insanları şok edən hadisə baş verib. Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, 11 yaşlı uşaq özünü asaraq öldürüb.

Dəhşətli intihar hadisəsi avqustun 13-də Binə qəsbəsində qeydə alınıb. Qəsəbə sakini 11 yaşlı Ömər Nuriyev özünü elektrik naqili ilə asıb. Yaxınları tərəfindən xilas edilən azyaşlı ağır vəziyətdə xəstəxanaya yerləşdiriib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Ö.Nuriyev avqustun 16-da xəstəxanada keçinib. Mərhum orta məktəbin 6-cı sinifində oxuyurdu. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddimənə çatdırma (125-ci) maddəsi ilə cinayət ii başlanıb.