Azərbaycanda 13 yaşlı uşaq özünü asdı

azerbaycanda-13-yasli-usaq-ozunu-asdi
Oxunma sayı: 686

Noyabrın 9-da rayonun Təzəkənd kəndində yaşayan 13 yaşlı Elvin Qasımov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyiti hadisədən xeyli sonra ailəsi tərəfindən aşkarlanıb. Elvinin əsəb xəstəsi olduğu bildirilir. Azyaşlının özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, orta məktəbin 7-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin (125-ci) maddəsi ilə cinayət işi başlanıb, araşdırma gedir.