Azərbaycanda 17 nəfərin yaşadığı evi ilanlar basıb- Video

azerbaycanda-17-neferin-yasadigi-evi-ilanlar-basib-video
Oxunma sayı: 931

Məhəmməd Aslanovun sözlərinə görə, ilk dəfə ilana 3 il əvvəl rast gəlib. O gündən etibarən evin müxtəlif hissələrində ilanlar müşahidə olunmağa başlayıb. İlanların məskən saldığı evdə 17 nəfər yaşayır. Bunlar arasında azyaşlı uşaqlar da var. Ev sahibi deyir ki, ötən il 47 ilan öldürüb. Məhəmməd Aslanovun sözlərinə görə, indiyə qədər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri dəfələrlə evdə dərmanlama aparıb. Ötən ilin dekabr ayından sonra ilanlara rast gəlməyən ev sahibi sevinib. Ancaq 2 gün əvvəl sürünənlər yenidən peyda olub. Uzunluqları 20-25 sm olan ilanlar yumurtadan yeni çıxıb. Ancaq balaca olsalar belə qarşılarındakı istənilən hədəfə hücum edirdilər.

Ağcabədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə bir neçə dəfə belə müraciətlər olub və görülən tədbirlər fayda verib. Ağcabədi rayon İcra Hakimiyyəti isə problemi birdəfəlik həll etmək üçün Aslanovlar ailəsinə yeni ev tikmələri məqsədiylə torpaq sahəsi ayırıb. İcra hakimiyyətindən verilən məlumata görə, ailə zəruri tikinti materialları ilə də təmin edilib və artıq evin tikintisinə başlanılıb. İlanların haradan gəlməsi və onların evdən uzaqlaşdırılmasının yolları isə hələlik rayonda heç kimə məlum deyil.