Azərbaycanda 18 vicdan məhbusu var - “Amnesty İnternational”

azerbaycanda-18-vicdan-mehbusu-var-amnesty-international
Oxunma sayı: 657

“Amnesty İnternational” daha əvvəl Müsavat Partiyasının üzvləri Arif Hacılı, Tural Abbaslı, Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, AXCP üzvləri Məhəmməd Məcidli, Elnur Məcidli, Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Şahin Həsənli, gənc fəal Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərlini vicdan məhbusu sayır, dərhal azadlığa buraxılmasını istəyirdi.

İndi bu siyahıya hüquq müdafiəçiləri Taleh Xasməmmədov və Oqtay Gülalıyevin, jurnalistlər Ramin Bayramov və Anar Bayramlının adları əlavə olunub.