Azərbaycanda 30 min uşaq təhsildən kənarda qalıb

azerbaycanda-30-min-usaq-tehsilden-kenarda-qalib-
Oxunma sayı: 709


İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin keçirdiyi “Bərabər imkanlar uğrunda” kampaniyası çərçivəsində Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin rəsmi hesabatına istinadən ölkədə əlilliyi olan uşaqlarla bağlı açıqlama yayıb. İctimai Birlikdən “Qafqazinfo”tya daxil olan məlumata görə, hesabatda göstərilir ki, 2010-cu ilin dekabrına qədər Azərbaycanda 57 min 999 əlil uşaq qeydə alınıb, lakin hesabatda onların təhsilə cəlb olunmaları göstərilməyib. Hüquq müdafiəçisi İradə Cavadovanın sədrilik etdiyi birliyin məlumatına görə, həmin uşaqların 6 mini inklyuziv təhsilə cəlb olunub, 11 mini isə evdə təhsil alır, 30 minə yaxın əlilliyi olan uşaq isə təhsildən kənarda qalıb.

Fatimə Kərimli