Azərbaycanda 7 yaşlı oğlan uşağı zorlandı

azerbaycanda-7-yasli-oglan-usagi-zorlandi
Oxunma sayı: 663

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Nəsimi Rayon Polis İdarəsindən “vesti.az” saytına bildiriblər.

Məlumata görə, 1979-cu il təvəllüdlü S.Q. adlı Azərbaycan vətəndaşı Nəsimi Rayon 19-cu Polis İdarəsinə təcavüz iddiasıyla şikayət edib.

Onun sözlərinə görə, 7 yaşlı oğlu S.A.-ya Cavadxan küçəsi 40-da yerləşən internet-klubda sentyabrın 4-dən 5-nə keçən gecə saat 00:15-də zorakı hərəkət edilib.
Zərərçəkmiş şəxs təcavüz edənin adını bilmədiyini deyib.

Hazırda faktla bağlı araşdırmalar aparılır. Polis kiçik uşağa qarşı zorakı hərəkət etmiş şəxsin kimliyini müəyyənləşdirir.