Azərbaycanda 8 Mart havası - Arzuolunmaz

azerbaycanda-8-mart-havasi-arzuolunmaz
Oxunma sayı: 665

Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-2 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Martın 6-dan 8-dək Abşeron yarımadasında mart ayı üçün səciyyəvi olan dəyişkən hava şəraiti, arabir güclənən şimal və cənub küləklərinin tez-tez bir-birini əvəz etməsi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Nigar Məmmədli