“Azərbaycanda ancaq rüşvət və korrupsiya inkişaf edib”- Müsahibə

azerbaycanda-ancaq-rusvet-ve-korrupsiya-inkisaf-edib-musahibe-
Oxunma sayı: 729


- Yay aylarında ictimai siyasi həyatdakı durğunluğu belə izah edirdiləır ki, bu, mövsümlə əlaqədardır, hamı istirahətdədir. Artıq payız gəlib, sizcə, hazırda ictimai siyasi həyat nə dərəcədə aktivdir?

- Düzdür ki, yay mövsümü ilə əlaqədar siyasi sferada bir az durğunluq hökm sürdü. Amma tamamilə passivlik olmadı. Müxalifət partiyaları fəaliyyətini davam etdirdi. Eyni zamanda, müxalifət partiyalarından biri olan Vətəndaş Hərməyliyi Partiyası da yay mövsümündə zona müşavirələri keçirdi.
Müxalifətçilərin qanunsuz həbs olunması və məhkəmə prosesləri yay mövsümündə aktivliklə yadda qaldı. İnsanların istirahətə getməsi müxalifət düşərgəsində tam olaraq müşahidə olunmadı. Müxalifət partiyaları bu mövsümdə öz fəaliyyətini davam etdirdi.

- Yay mövsümü bitmədən İran səfriliyi önünüdə Urmu gölünün qurudulmasına etiraz olaraq aksiyalar keçirildi, amma onların heç birində kifayət qədər aktivlik müşahidə olunmadı.

- Təbiii ki, tələbələrin yay tətilində olması, eyni zamanda bir sıra şəxslərin istirahətə getməsi bu durğunluğu yaradan səbəblərdir, ancaq bu, tam olaraq durğunluq formasında olmadı.

- Bu ay sizin partiyanın 19 illiyi oldu. Bu illər ərzində VHP Azərbaycanın ictimai-siyasi həyatında hansı yeri tuta bildi?

- Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ilin siyasi çəkişmələri dövründə Qarabağ döyüşlərinin getdiyi zamanda yarandı. Sabir Rüstəmxanlının başçılıq etdiyi bir qrup ziyalının köməyi ilə partiya təsis olundu. Ölkənin nicatının vətəndaş həmrəyliyində olması fikri əsas gətirildi. Bu illər ərzində partiyada heç bir sapmalar və parçalanmalar olmayıb. VHP bu illər ərzində keçirilən seçkilərin demək olar ki, hamısında iştirak edib. Bu illər ərzində VHP parlamentdə təmsil olunan müxalifət partiyalarından olub. Eyni zamanda ilk bələdiyyə seçkilərində VHP-dən 600-ə yaxın şəxs seçilib. Son bələdiyyə seçkilərində isə bələdiyyələrin sayı azaldığından 115 nəfər seçilib. Onu da qeyd edim ki, ölkədə olan müxalifət partiyalarına basqılar VHP-yə qarşı da var. Azərbaycanda elə siyasi şərait yaradılıb ki, ölkədə müxalifət partiyalarına üzv olanlara düşmən gözü ilə baxılıb. Ancaq VHP belə basqılardan üzü ağ çıxıb.

- Qarşıda hansı işlərin görülməsi nəzərdə tutulub?

- Biz növbəti bələdiyyələrdə boş qalan yerlərə keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdırırq. Gələn ilin yanvarından qurultay üçün hazırlıqlar başalayacaq. Bütün rayon təşkilatlarının konfranslarının keçirilməsi nəzərdə tutulur. Partiyanın gəncləşmə prosesi sürətləndiriləcək.

- Son günlər Wikileaks sənədləri orada yayılan informasiylar mətbuatın gündəmindədi. Bu informasiya ilə bağlı belə fikirlər səsələnir ki, o informasiylar hakimiyyətə təzyiq vasitəsidir. Siz nə düşünürsünüz bu barədə?

- Bu sənədlər təkcə Azərbaycanla bağlı deyil, dünyanın bir sıra ölkələrində, eyni zamanda avtoritar quruluşa malik ölkələrlə bağlı yayımlanır. Bu yazışmalar Azərbaycan hakimiyyəti tərəfindən təkzib edilsə də bu, həqiqətdir. Bu yazışmalar ABŞ-ın Azərbaycandakı səfirləri ilə hakimiyyət nümayəndələri, müxalifət təmsilçiləri ilə görüşlərin yazışmalarıdır. Azərbaycandakı hakimiyyətin dövləti qeyri-demokratik idarə etməsi, seçkiləri saxtalaşdırması, ölkədə insan hüquq və azadlıqlarının qorunmaması, iş adamlarının, müxalifətçilərin sıxışdırılması halları hamıya məlumdur. Wikileaksdə də bunların yayılması hakimiyyətin açıqlama vermək zərurətini yaradır. Bu, reallıqdır ki, Azərbaycanda normal siyasi rəqabət, iqtisadi rəqabət deyilən anlayış yoxdur. Adi vətəndaşa sahibkarlıq fəaliyyətinin göstərilməsinə imkan verilmir, yaxud hansısa vətəndaşın siyasi fəaliyyətlə məşğul olmasına maneyə yaradılır. Son vaxtılar 2 aprel mitinqində iştirak edənlərin həbsi də bunu sübut edir. İnsanlar rüşvətxorluğun, korrupsiyanın aradan qaldırılmasını istəyirlər. Korrpusiya demək olar ki, dövlətin vəzifədə olan şəxsləri tərəfindən inkişaf etdirilir. Bu illərdə Azərbaycanda ancaq rüşvət və korrupsiya inkişaf edib. Həmçinin ölkə daxilində vətəndaşlara şərait yaradılmadığından onlar Rusiya və başqa ölkələrdə iş axtarmalı olurlar. Azərbaycanın 2 milyona yaxın vətəndaşı Rusiyada işləyir. Wikileaks sənədələri müxalifəti hərəktə gətirir bununla bağlı bəyanatlar verilir, hakimiyyətdən açıqlama tələb olunur. Mən də siyasətlə məşğul olan biri kimi hesab edirəm ki, əgər 1993-cü ildən bəri YAP hakimiyyəti bir Qarabağ problemini həll etmirsə təbii ki, özü istefa verib getməlidiir.

- Qeyd etdiniz ki, həll edə bilmirsə, çəkilib getsin. Bəlkə problemin həllinə mane olan başqa amillər var. Məsələn, başqa dövlətlərin maraqları...

- Belə görünür ki, hakimiyyət özü bu problemin həllində maraqlı deyil. Çünki, hakimiyyət təmsilçiləri bildirir ki, mitinq, piket keçirmək olmaz, çünki ölkənin Qarabağ problemi var. Bununla siyasi manipulyasiya edilir. İnsanlara bu fikir aşılanır ki, müxalifət qüvvələri hakimiyyətə gəlsə, xarici qüvvələrin təsiri ilə Qarabağı ermənilərə verəcək.
Ölkədə bir milyondan çox qaçqın var, onların problemini həll etmək lazımdır. Siyasi məqsədlər üçün Qarabağ problemindən istifadə etmək lazım deyil. VHP olaraq biz hesab edirik ki, bu problemin həll olunmasında müxalifət-iqtidar ayrıseçkiliyi olmamalıdır.

- Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın bir müddət əvvəl verdiyi bəyanat haqqında nə düşünürsüz?

- Türkiyə həmişə Azəbaycanın yanında olub. Əgər 1918-ci ildə Qafqaz-İslam Ordusu Azərbaycana köməyə gəlməsəydi, indi Bakı da Dərbənd kimi Rusiyanın bir əyaləti idi. Azərbaycan müstəqilliyini bərpa edəndə də onu ilk tanıyan Türkiyə olub. Bu günə qədər bütün sahələrdə Azərbaycanın arxasında olub. Türkiyə Azərbaycana görə Ermənistanla sərhədləri açmır. Təbii ki, onun da dövlət kimi maraqları var. Türkiyə Azərbaycana görə Ermənistanla sərhədləri açmırsa, Azərbaycan da Türkiyənin yanında olmalıdır. Onun hansısa problemi varsa, dəstək olmalıdır.

Fatimə Kərimli