Azərbaycanda Argentinanın səfiriliyi yaradılır

azerbaycanda-argentinanin-sefiriliyi-yaradilir
Oxunma sayı: 654

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sənədin müəllifi Senatda Azərbaycanla dostluq qrupunun sədri senator Pablo Veranidir.

Sənəddə deyilir ki, Argentina 9 mart 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və həmin vaxtdan etibarən iki ölkə dostluq əlaqələrinə və əməkdaşlığa malikdir. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. 23 avqust 2011-ci il tarixində Argentina Senatında Azərbaycanla dostluq qrupu yaradılıb.

Hazırda iki ölkənin iqtisadi əlaqələrində nəzərə çarpan inkişaf müşahidə olunur və yalnız 2010-cu ildə ticarət dövriyyəsi 44% artıb.

Sənədin yekununda Azərbaycanın Argentinanın diplomatik nümayəndəliyinin təsis edilməsi ilə bağlı ölkə prezidentinin imzaladığı 273/2012 saylı dekretin alqışlandığı bildirilir.

Xatırladaq ki, cari ilin 28 fevral tarixində Argentina prezidenti Krisitna Fernandez de Kirçner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalamışdır və 2 mart tarixində Azərbaycanda rəsmi səfərdə olmuş xarici işlər və etiqad naziri Hektor Timerman bu fərmanın surətini Azərbaycan hökumətinə təqdim edib.