Azərbaycanda ateist dindarla polemikadan qaçdı

azerbaycanda-ateist-dindarla-polemikadan-qacdi-
Oxunma sayı: 687

Rafiq Tağının qətli ilə bağlı bu ilin ilk günlərində beynəlxalq təşkilatlara ünvanlanan bəyanat ölkə ictimaiyyətində qalmaqala səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, buna səbəb bəyanatda islam dininə qarşı olan sərt ifadələrdir. Hətta sonradan bəlli oldu ki, ona imza atan 54 nəfərin bəziləri onu oxumadan şifahi olaraq imzalayıblar. Sonradan isə onların bəziləri imzalarından imtina etdiklərini açıqladılar. Məsələ ilə bağlı bu gün millət vəkili Fazil Mustafa “Fətva” adlı yazı ilə çıxış edib. Ona isə bəyanatın mətninin müəllifi olan filosof Ağalar Məmmədov “Fazil Mustafanın dünyəvi fətvası” yazısı ilə cavab verib.

Tərəflər bu gün lent.az-da debatda iştirak edərək öz arqumentlərini səsləndirməli idilər. Amma qarşı tərəf olan A. Məmmədov debatda iştirakdan imtina edib. F. Mustafa “Qafqazinfo”ya deyib ki, o, dəvət olunmuş tədbirə gedərək redaksiyanın ona ünvanladığı bütün suallara cavab verib.

A. Məmmədov isə “Qafqazinfo”ya açıqlamasında belə deyib: “Mən sitatlarla, mənbələrə istinadlarla yazı ilə mübahisə etmək istəyirəm. Şifahi mübahisə tamaşası mənə lazım deyil. Mən qaçmıram. Yazsın. Gözləyirəm. Nə vaxt ona cavab yazmasam, bu qaçmaq olar”.