Azərbaycanda axtarışda olan cinayətkar tutuldu - Kriminal xəbərlər

<b>Azərbaycanda axtarışda olan cinayətkar tutuldu - <font color=red>Kriminal xəbərlər</b></font>
Oxunma sayı: 442

Avqustun 22-i saat 14:40 radələrində Hacıbababəyov küçəsində Tural Məmmədov mübahisə zəminində Ziya Abbasova qarın nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Avqustun 22-i saat 01 radələrində Bakıxanov qəsəbəsi Sülh küçəsində naməlum şəxs qəsəbə sakinləri Musa Qurbanov və Sahil Əliyevə qarın nahiyəsindən daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirmişdir. Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Tələt Ağayev avqustun 22-də yaxalanmışdır.

Avqustun 13-ü saat 22:15 radələrində H.Əliyev prospektində naməlum şəxs mübahisə zəminində Bakı şəhər sakini Elnur Cəfərova bıçaqla xəsarət yetirmişdir. Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Dadaşov avqustun 22-də yaxalanmışdır.

Aprelin 30-na keçən gecə M.Cəlal küçəsində yaşayan Ziya Paşayevə məxsus «Toyota-Prado» markalı avtomobildən şüşəni sındırma yolu ilə 13 ədəd mobil telefon və avtomobilə aid sənədlər oğurlanmışdır. Binəqədi RPİ 7-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Türkel Seyidov avqustun 16-da, cinayətin digər iştirakçısı Elnur İsgəndərov isə avqustun 22-də yaxalanmışdır.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Asif Əsgərov avqustun 22-də tutulmuşdur.

Xəzər RPİ 2-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Rövzət Məmmədbəyli avqustun 22-də tutulmuşdur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi