Azərbaycanda Axund saunada yaxalandı

azerbaycanda-axund-saunada-yaxalandi
Oxunma sayı: 665

Verilən məlumata görə, o, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Lakin alınan məlumatı Abşeron Polis Şöbəsində təsdiqləmək mümkün olmadı. Bundan başqa, aidiyyəti üzrə polis sahə müvəkkili və əməliyyatçı da hadisədən bixəbər olduqlarını bildirdilər.

Qəsəbə sakinləri arasında sorğu nəticəsində isə məlum olub ki, dünən Hacı Nadirin evinə polis əməkdaşları gəlib, lakin onu evdə tapa bilməyiblər. Sakinlər axtarışın səbəbini bilməsələr də, Hacı Nadiri iki gün ərzində görmədiklərini deyiblər.

Hacı Nadir özü isə məsələnin tam başqa cür olduğunu deyib.

Onun sözlərinə görə, o, öz-özünün çılpaq formada şəkilini mobil telefonu vasitəsilə çəkib.

“Allah şeytana lənət etsin. Bilmədim, niyə belə etdim. Amma sonradan kimlər isə bu şəkili mənim telefonumdan götürüblər və yayıblar. Şübhələndiyim adamlara bunu sübut edə bilmirəm”.

Gün.Az