Azərbaycanda banklar çökə bilər

azerbaycanda-banklar-coke-biler
Oxunma sayı: 659

Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 2014-cü ilin yanvarın 1-dən qüvvəyə minir. Məlumatda deyilir ki, keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının reallaşması üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Mərkəzi Bankın məlumatında deyilir ki, aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir.

Qeyd edək ki, hazırda fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarına tətbiq olunan tələbnamə 10 mln. manat təşkil edir. Bu o deməkdir ki, qarşıdakı 1 il 4 ay ərzində hansı banklar məcmu kapitalını artırılan həcmədək qaldıra bilməsə, bağlanmaq məcburiyyətində qalacaq.

Hələ bir müddət əvvəl Mərkəzi Bank rəhbərliyi özünün açıqlamalarında bankların konsolidasiyasını vacib sayaraq, Azərbaycanda 50-dək bankın olmasını yersiz sayırdılar.
Mərkəzi Bank rəhbərliyi Azərbaycan kimi ölkədə 10-dək bankın olmasını yetərli sayırdılar. O zaman bu açıqlamalara münasibət bildirən ekspertlər bunu çox yaxın zamanlarda bank sektorunun tam şəkildə hakim ailənin nəzarətinə keçirilməsi üçün hazırlıq kimi dəyərləndirirdilər.

Artıq qərar verildi. Beləliklə çox da uzaq olmayan müddətdəAzərbaycanda hal-hazırda fəaliyyətdə olan 20-dən artıq bank üçün çətin dövr başlayır.

Məlumat üçün deyək ki, 2012-ci il aprelin 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən bankların yalnız 12-nin məcmu kapitalı yeni tələbə cavab verir.

Düzdür, onların bir qisminin məcmu kapitalı yeni standarta yaxındır, amma bir çoxları da var ki, illərdir fəaliyyət göstərmələrinə baxmayaraq, məcmu kapitalları yeni standartlardan 3 dəfəyədək azdır.

Və onların bu qısa zamanda kapitalların yeni qaydaya uyğun artırmaq imkanları inandırıcı görünmür.

Beləliklə gözləmək olar ki, məcmu kapitalı aprelin 1-i vəziyyətinə 42,145 milyon olan SW Bank, 35,484 milyon olan AGBank, 34,251 milyon olan Mugan Bank, 32,171 milyon olanBank Nikoil, 30,424 milyon olan Atabank, 29,902 milyon olanAzerbaican Senaye Bank, 26,068 milyon olan Zamin Bank, 25,527 milyon olan Turanbank, 25,372 milyon olan Bank of Azerbaican, 22,745 milyon olan Kredobank, 18,872 milyon olan Bank Avrasiya, 18,421 milyon olan NBC Bank, 16,166 milyon olan Rabitabank, 15,923 milyon olan Gandcabank, 14,981 milyon olan VTB Azerbaican, 14,636 milyon olan Deka Bank, 14,432 milyon olan Kavkaz Inkishaf Bank, 13,850 milyon olan Parabank, 13,582 milyon olan United Credit Bank, 13,364 milyon olan Gunaybank, 13,227 milyon olan Azer-Turk Bank, 11,457 milyon olan Atrabank ya qeyd edilən müddətdə lazım olan kapitalı tapmalı, ya hansısa bankla birləşməli, ya da bazardan çıxmalıdır./azadliq.info/