Azərbaycanda bayram havası necə olacaq?

azerbaycanda-bayram-havasi-nece-olacaq-
Oxunma sayı: 648

“Qafqazinfo”ya Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən verilən məlumata görə, martın 20-dən 22-dək Abşeron yarımadasında mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Martın 20-də Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq. Səhər və axşam yarımadanın bəzi yerlərində duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Martın 20-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.