Azərbaycanda Böyük Britaniyadan sürətlidir - Şok

azerbaycanda-boyuk-britaniyadan-suretlidir-sok
Oxunma sayı: 694

“Qafqazinfo”nun məlumatına görə, bu haqda Simsiz Texnologiyalar Assosiasiyasının apardıgı monitorinqin yekunlarından bəlli olub. Monitorinq datakartlar vasitəsilə aparılıb. Nəticələr göstərib ki, ölkəmizdə mobil genişzolaqlı internetin orta sürəti 1,7 mbit/s təşkil edir. Bu isə Böyük Britaniyada olan sürətdən 0,2 mbit/s çoxdur. Monitorinq Azerfon-Vodafone və Nar Mobile 3G texnologiyası bazasında genişzolaqlı internet xidmətilərini əhatə edib. Hazırda Azərbaycanda yalnız Azerfon-Vodafone və Nar Mobile 3G texnologiyasından istifadə edir.

Monitorinq nəticəsində məlum olub ki, Azərbaycanda ən aşağı sürət 0,5 mbit/s, ən qüksək sürət isə - 3,4 mbit/s-dir. Ən yüksək sürət Bakı şəhərinin mərkəzində müşahidə olunub. M. Əzizbəyov heykəli, “Elmlər Akademiyası”, “Gənclik”, “İçəri şəhər” metro stansiyaları, habelə Milli Məclisin binasının ətrafında orta sürət 3,0 mbit/s-dir. Yeni Yasamal yaşayış massivində, “Nəriman Nərimanov”, “Xətai” metro stansiyaları ətrafında isə - 2 mbit/s, Abşeron yarımadasında, xüsusilə Mərdəkan, Novxanı, Buzovna, Bilgəh, Şüvəlan, Zirə qəsəbələrində və dənizkənarı digər zonalarda genişzolaqlı internet bağlantısının sürəti 1,5-2,5 mbit/s olub.

Nigar Məmmədli