Azərbaycanda da Qəddafinin bayrağı endirildi

azerbaycanda-da-qeddafinin-bayragi-endirildi
Oxunma sayı: 652

Qəddafinin bayrağı Liviyanın Türkiyədəki səfirliyindən endirildikdən sonra “Qafqazinfo”nun əməkdaşı bu ölkənin Azərbaycandakı səfirliyinə də baş çəkib. Hazırda səfirlik binasından həm Azərbaycanın, həm də Qəddafi hökumətinin bayraqları endirilib. Əraziyə nəzarət edən polis əməkdaşları bildiriblər ki, bayraqlar bu gün endirilib. Onlar bu barədə əlavə məlumat verməkdən imtina ediblər. Həmçinin səfirlikdə hər hansı səlahiyyətli şəxs də bu barədə açıqlama verməyib.

Polis əməkdaşları səfirlik binasının və boş bayraq dirəklərinin fotolarının çəkilməsinə icazə verməyiblər.

Səidə Teyyubqızı