Azərbaycanda daha bir əsgər özünü güllələdi

azerbaycanda-daha-bir-esger-ozunu-gulleledi
Oxunma sayı: 669

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, intihar hadisəsi Bərdə rayonu N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədən bildiriblər ki, əsgər Yaqub Şahin oğlu Nəsrullazadə özünü güllələyib. Hadisənin səbəbi barədə hələlik heç bir məlumat verilmir.

Yaqub Nəsrullazadə Binəqədi rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmışdı.