Azərbaycanda daha bir iş adamı ofisində qətlə yetirildi-Yenilənib

azerbaycanda-daha-bir-is-adami-ofisinde-qetle-yetirildi-yenilenib
Oxunma sayı: 742

Ağır bıçaq xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilən yaralı orada ölüb. Hadisə metronun "Gənclik" stansiyasının yaxınlğında, F.X.Xoyski 81 ünvanında yerləşən ev alqı-satqı ofisində baş verib.
Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, təxminən bir ay əvvəl Nərimanov ərazisində daha bir iş adamı otağında killer tərəfindən qətlə yetirilmişdi.

***

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qətlin Şərur rayon sakini Vaqif Cəfərov tərəfindən törədildiyi məlum olub. O, Q.Cəlilova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. V.Cəfərovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Onu da əlavə edək ki, V.Cəfərov kriminal aləmdə nüfuza malikdir və o, "Kəpənək Vaqif" ləqəbi ilə tanınır.