Azərbaycanda daha bir klubun 6 xalı silinə bilər

azerbaycanda-daha-bir-klubun-6-xali-siline-biler
Oxunma sayı: 646

Qərb təmsilçisindən əmək haqqını ala bilməyən Şensoy 120 min avro təzminat istəyir.

“Turan”ın icraçı-direktoru Rasim Əliyev əməkdaşımızla söhbətində məlumatı təsdiqləyib. O bildirib ki, FİFA-nın komandanı cərimələyəcəyi, eyni zamanda, hesabından 6 xal siləcəyi və ya çempionatdan kənarlaşdıracağı istisna deyil.

Bununla belə, Əliyev Şensoyun qovulmasına da şərh verib.

“Ötən 2011-ci ilin aprel ayının sonunda 19 futbolçu imza ataraq, baş məşqçi Naci Şensoydan klub prezidenti Musa Süleymanova şikayət etdi. Şikayətdə futbolçular Şensoyun komandanın həkimi Naib Abdullanın yanında futbolçuları təhqir etdiklərini, onların şərəf və ləyaqətlərini alçaltdığını bildirdilər. Bu isə məşqçi-futbolçu münasibətlərini tamamilə pozulduğunun göstəricisidir. Musa Süleymanov bu müraciəti dəstəkləyərək, Şensoyun istefaya göndərilməsi ilə bağlı əmr imzaladı” – deyə Əliyev bildirib.

İcraçı-direktor deyib ki, FİFA bu məbləğin ödənilməsi üçün “Turan”a 1 ay vaxt verib. Qərb komandası isə bu məsələ ilə bağlı apellyasiya şikayəti vermək fikrindədi.

Xatırladaq ki, FİFA ötən mövsümün sonlarında “Xəzər Lənkəran”ın hesabından 6 xal silməsi haqda qərar çıxarsa da, sonradan həmin qərar ləğv edilmişdi.