Azərbaycanda daha bir möhtəşəm məscid-kompleks açılışa hazırdır

azerbaycanda-daha-bir-mohtesem-mescid-kompleks-acilisa-hazirdir-
Oxunma sayı: 1438



Yaxın günlərdə Azərbaycanda daha bir ibadət ocağının əsaslı təmir-bərpadan sonra açılış mərasimi keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, prezident İlham Əliyevin iştirakı ilə ölkənin məşhur ibadət ocaqlarından biri olan “Göy məscid”in açılış mərasimi keçiriləcək. Bir neçə ildir ki, təmir-bərpa işləri görülən ibadət ocağında bütün işlər başa çatdırılıb. Qeyd edək ki, bu ibadət ocağında da artıq sünni və şiə təriqətin mənsub müsəlmanlar bir yerdə ibadət edə biləcəklər. Məsciddə təxminən beş min insanın eyni vaxtda ibadət etməyi üçün şərait var. Bundan başqa, dünyasını dəyişən insanların yuyulması və saxlanması üçün də şərait mövcuddur.

Qeyd edək ki, “Göy məscid” prezident İlham Əliyevin ayırdığı vəsait hesabına təmir-bərpa edilib.