Azərbaycanda daha bir polis qəzaya düşdü

azerbaycanda-daha-bir-polis-qezaya-dusdu
Oxunma sayı: 664

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində hərəkət edən Anar Samendarovun idarə etdiyi QWQ-489 Gürcüstan dövlət qeydiyyat nömrə nişanlı "BMW" markalı avtomobillə Orucov Cavanşirin idarə etdiyi 10 NO 702 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil toqquşub.

Nəticədə avtomobilləri idarə edən hər iki sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya uğramış sürücülərdən biri Cavanşir Orucov Gəncənin Nizami Rayon Polis İdarəsinin əməliyyat müvəkkildir. Hadisənin ilkin olaraq hansı səbəbdən baş verdiyi bəlli deyil. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.