Azərbaycanda daha dörd nəfər avtomobil terrorunun qurbanı oldu

azerbaycanda-daha-dord-nefer-avtomobil-terrorunun-qurbani-oldu
Oxunma sayı: 667

Qeyd edək ki, Musayevlər ailəsi toydan qayıdırmış və onların avtomobilində sürücüdən başqa 7 sərnişin olub. Hər iki avtomobilin sürücüsü Musayev Yolçu və Əliyev Elsevər qəza vaxtı həyatını itirib. Y. Musayevin 30 yaşlı oğlu İbadət və 35 yaşlı qızı Fatma Musayevlər çatdırıldıqları 3 saylı şəhər klinik xəstəxanasında aldıqları xəsarət nəticəsində vəfat ediblər.

Avtomobildə olan sərnişinlər 46 yaşlı Fəridə, 45 yaşlı Abuzər, 29 yaşlı Xeyransa, 6 yaşlı Rüfət və 4 yaşlı Rəşad Musayevlər, habelə digər avtomobildə olan sərnişin 22 yaşlı Əliyeva Gülnarə Fəxrəddin qızı aldıqları xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər. Qeyd edək ki, azyaşlılar vəfat edən İbadət Musayevlə xəsarət alan Xeyransa Musayevanın övladlarıdır.

Faktla bağlı cinayət işi başlanıb və Sabunçu rayon polis idarəsinin əməkdaşları qəzanın səbəblərini araşdırır.