Azərbaycanda dərslərin dayandırılma müddəti uzadıla bilər

azerbaycanda-derslerin-dayandirilma-muddeti-uzadila-biler
Oxunma sayı: 662

"Bu barədə qərar havanın necə keçməyindən asılı olaraq verilə bilər. Qarlı şaxtalı hava şəraiti davam etsə, dərslərin dayandırılma müddətinin uzadılması məsələsinə baxıla bilər", - Əhmədov qeyd edib.

Şöbə müdirinin sözlərinə görə, bu məsələ yalnız Təhsil Nazirliyi səviyyəsində həll edilmir. Qərar verilərkən bu məsələ ölkə rəhbərliyi ilə də razılaşdırılmalıdır.

Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, hava şəraiti ilə əlaqədar ölkənin bütün orta ümumi təhsil müəssisələrində fevralın 2-dən 5-dək tədris müvəqqəti olaraq dayandırılıb.
Əmrə əsasən, həmçinin 4-5 fevral tarixlərində Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında XI və IX siniflər üzrə keçirilməsi nəzərdə tutulan mərkəzləşdirilmiş yoxlama imtahanları təxirə salınıb.