“Azərbaycanda dini təriqətlərin nümayəndələri həbs edilir”- Hesabat

azerbaycanda-dini-teriqetlerin-numayendeleri-hebs-edilir-hesabat
Oxunma sayı: 682

ABŞ Dövlət Departamentinin sentyabrın 13-də açıqladığı “Dini etiqad azadlığı” ilə bağlı 2011-ci il üçün yarımillik hesabatında belə deyilir. “Qafqazinfo” Azadlıq Radiosuna istinadən xəbər verir ki, hesabata görə, Azərbaycandakı əksər dini qruplar hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərə bilir. Ancaq, bəzi dini təriqətlər dövlət tərəfindən daim nəzarətdə saxlanır və reydlərə məruz qalır, dini ədəbiyyatları müsadirə olunur. Bəzi müsəlman və xristian təriqətlərin nümayəndələri həbs edilir, təzyiqə məruz qalır.

Azərbaycanda qeydiyyat məsələsi də bəzi azsaylı dini icmalar üçün ciddi əngəl olaraq qalır.

Hesabat dövründə dini etiqad azadlığı məsələsində vəziyyət yaxşılaşmayıb, əksinə, bəzi sahələrdə pisləşib. Məsələn, orta məktəblərdə qızların hicab geyməsinə qoyulan qadağa və dini fəaliyyətlə bağlı cərimələrin artırılması kimi.

Azərbaycan cəmiyyətində də dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalma halları haqda məlumatlar var.