Azərbaycanda donmamaq üçün səyyar sığınacaqlar yaradıldı

azerbaycanda-donmamaq-ucun-seyyar-siginacaqlar-yaradildi
Oxunma sayı: 647

Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cümə günü keçirilən kollegiya iclasında deyib.

Nazir deyib ki, şaxtalı günlərdə evsiz vətəndaşlardan hətta dünyasını dəyişənlər də olub.

Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün səyyar sığınacaqların yaradılması qərara alınıb.

"Nazirlik əməkdaşları belə insanları axtaracaq, onları müvəqqəti olaraq səyyar sığınacaqlara yerləşdirib, isti yemək, yataqla təmin edəcəklər" Ələkbərov deyib.
Onun sözlərinə görə, həmin sığınacaqlarda tibbi yardım da göstəriləcək.

Ələkbərov daimi yaşayış yeri olmayanların daha çox toplaşdıqları yerlərin bəlli olduğunu vurğulayaraq, belə insanları görən hər kəsdən nazirliyin "Etimad telefonu"na zəng edib, məlumat vermələrini xahiş edib.