Azərbaycanda “Facebook”a rəqib yaradıldı

azerbaycanda-facebooka-reqib-yaradildi
Oxunma sayı: 629

“Qafqazinfo”nun məlumatına görə, saytda istifadəçilərin tələblərinə uyğun bütün funksiyalar quraşdırılıb. İstifadəçilər, məlumatlarını, şəkillərini, linklərini, videolarını paylaşa bilər, öz aralarında həm çat vasitəsi ilə həm ismarıclar vasitəsi ilə əlaqə yarada bilərlər. Bundan başqa sayt istifadəçilərə tədbirlər və sorğular təşkil etmə, qruplar yaratma, öz fikirlərini bloqlar vasitəsi ilə yayma, müzakirələr yaratma və elanlarını saytda vermə imkanları təşkil edib. Ən əsası istifadəçilərin təhlükəsizliyi saytda qorunacaq. Belə ki, hər bir istifadəçi öz şəxsi informasiyalarını məxfilik tənzimləmələrini dəyişməklə idarə edə bilir. Yaxın gələcəkdə saytın mobil versiyası, istifadəçilərin daha rahat fikirlərini bölüşmələri üçün xüsusi səhifələrin də hazırlanması gözlənilir.

Sayt hazırda 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində təqdim olunub. Milli Sosial Şəbəkə Azərbaycan bazarı üçün facebook və bənzəri sosial şəbəkələrə rəqib olaraq düşünülüb. Bunun üçün sayt istər rahatlığı, istər funksionallığı, istər təhlükəsizliyi baxımından bütün tələblərə imkan verir. Sayt yayımlandığı gündən etibarən istifadəçilərin diqqətini cəlb etməyi bacarıb.

Səidə