Azərbaycanda futbolçu toya getdiyi üçün cərimələndi - Foto

azerbaycanda-futbolcu-toya-getdiyi-ucun-cerimelendi-foto
Oxunma sayı: 642

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunda Sumqayıta məğlub olan “Turan” klubu futbolçuları əylənməkdən məhrum edib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün “Facebook” sosial şəbəkəsində Turanın baş məşqçisi Əsgər Abdullayevin cəza üsulunu əks etdirən foto yayılıb.

Belə ki, Sumqayıta öz meydanında 1-0 hesabı ilə məğlubiyyətdən sonra baş məşqçi toya gedən əcnəbi futbolçu Salif Ballonu 300 dollar cərimə edib. Cərimədə “Komanda yasda olarkən şənlənmirlər, Ballo”sözləri yazılıb. Futbolçuya həmçinin xəbərdarlıq da olunub. Bu hal bir daha təkrarlanarsa, klubdan qovulacaq.